Xəbər lenti

Qazi jurnalistlər Azərbaycanın İstanbuldakı Baş Konsulluğunda (FOTO)
Foto 17:35 30.07.2025

Qazi jurnalistlər Azərbaycanın İstanbuldakı Baş Konsulluğunda (FOTO)

Türkiyədə səfərdə olan qazi jurnalistlər bu gün Azərbaycan Respublikasının İstanbuldakı Baş Konsulluğunda olublar.

Qaynarinfo xəbər verir ki, jurnalistlərlə görüşən baş konsul Nərminə Mustafayeva 44 günlük Vətən müharibəsi zamanı xalqımızın birliyindən və əldə olunan tarixi qələbənin əhəmiyyətindən danışıb.

O bildirib ki, bu Zəfər torpaqlarımızın işğaldan azad edilməsi ilə yanaşı, Azərbaycanın dünyada güclü dövlət kimi qəbul olunması ilə də nəticələnib.

Baş konsul görüş zamanı müharibədə döyüşçü kimi iştirak etmiş media nümayəndələrinə minnətdarlıq edib, şəhidlərimizə Allahdan rəhmət, yaralılara isə şəfa diləyib.

Qazi jurnalistlər döyüşlər zamanı və informasiya cəbhəsindəki fəaliyyətlərindən söz açaraq bu qələbənin bir parçası olduqları üçün qürur hissi keçirdiklərini bildiriblər. 

Sonda xatirə hədiyyələrinin mübadiləsi olub, foto çəkdirilib. Səfər çərçivəsində qazi jurnalistlərin Qazi və Şəhid Ailələri Vəqfinin İstanbul şöbəsində görüşü də nəzərdə tutulub.

Qeyd edək ki, səfər MediaTürk TV-nin təşəbbüsü, TİKA Azərbaycan nümayəndəliyinin koordinatorluğu, Türkiyə Media İşçiləri Həmkarlar İttifaqı və Xüsusi Təyinatlıların Qaziləri, Şəhid Ailələri və Veteranları İctimai Birliyinin təşkilatçılığı ilə həyata keçirilir. Tədbir Azərbaycan Milli Mətbuatının 150 illiyinə həsr olunub.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->