Xəbər lenti

“Görnüşü pis deyil, ancaq danışa bilmir
Ölkə 22:43 28.08.2025

“Görnüşü pis deyil, ancaq danışa bilmir" - Aşığın xanımı

Aşıq Əhlimanın səhhətində heç bir irəliləyiş yoxdur.

Bu barədə Qaynarinfo-ya aşığın həyat yoldaşı Aybəniz Salmanova deyib. Aybəniz xanım Aşıq Əhlimanın nitqində problemlər olduğunu bildirib:

"Görnüşü pis deyil. Ancaq danışa bilmir, hansısa bir fikri qarşısındakı insana çatdıra bilmir. Yaddaş problemi var, amma gəzir, hərəkət edir. Dostları zəng edəndə bəzilərini tanıyır, bəzilərini isə yox. Müalicəsi davam edir. Həkimlər onun bərpa olunmasını mümkünsüz sayır. Həkimlərin apardığı müalicə prosesləri ləngitmək üçündür, sağalmaq üçün ümid yeri yoxdur. İki dəfə insult keçirib. İkinci dəfə yüngül keçirdi, amma 2011-ci ildə vəziyyəti ağır idi”.

Aybəniz Salmanova Aşıq Əhlimanın dostları tərəfindən hər zaman yad edildiyini xatırladıb:

"Dostları heç zaman onu tək buraxmadı. Hər zaman soruşurlar, tələbələri, iş yoldaşları sağ olsunlar. Əhlimanın ailədə davamçısı yoxdur. Oğlumuz saz məktəbinə getdi, amma eyni zamanda elmlə məşğul idi. İndi Almaniyada yaşayır, orada işləyir. Vətəndən də, sənətdən də xeyli uzaq düşdü. İldə bir dəfə gəlib-gedir, amma daha öz sənəti var, onun arxasınca getdi”.

Xatırladaq ki, bir müddət öncə Aşıq Əhlimanın səhhətində problem yaranıb,  ikinci dəfə insult keçirib. 
Bahar Rüstəmli

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->