Xəbər lenti

Rusiyanın Kiyevə hücumu zamanı Azərbaycan səfirliyinə ziyan dəyib, xəsarət alan olmayıb
Siyasət 18:16 28.08.2025

Rusiyanın Kiyevə hücumu zamanı Azərbaycan səfirliyinə ziyan dəyib, xəsarət alan olmayıb

28 avqustun tarixində gecə saat 3 radələrində Ukraynanın paytaxtı Kiyev şəhərinə raket və dron hücumları baş verib. Raketlərdən biri ölkəmizin Ukraynadakı səfirliyinin binasının yaxınlığında partlaması nəticəsində yaranan zərbədən binaya zərər dəyib.

Bu barədə Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə APA-nın sorğusuna cavab olaraq bildirib.

O qeyd edib ki, bəzi pəncərələr qırılıb, konsulluq bölməsinin damında çatlar əmələ gəlib.

"Səfirliyin əməkdaşları arasında xəsarət alan olmayıb. Səfirliyimiz fəaliyyətini davam etdirir", - XİN rəsmisi vurğulayıb.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->