Xəbər lenti

İçki içib, özünü söydü - Məhkəmə cərimə etdi
Ölkə 18:49 08.08.2025

İçki içib, özünü söydü - Məhkəmə cərimə etdi

Pirallahı rayonunda içkili halda özünü söyən şəxs saxlanılıb. 

Qaynarinfo-nun məlumatına görə, 1977-ci ildə Bakı şəhərində doğulmuş O.M. içkili vəziyyətdə yaşadığı binanın qarşısında nalayiq söyüşlər və ifadələr işlədərək ictimai yerdə ictimai qaydanı pozaraq xırda xuliqanlıq etdiyinə görə barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə protokol tərtib edilib və işə məhkəmədə baxılıb. 

Məhkəmədə məlum olub ki, O.M. içkili olduğu üçün öz-özünə nalayiq ifadələr işlədib. Əməlindən peşman olduğunu bildirən şəxs barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş edib. 

Məhkəmənin qərarı ilə özü-özünü söyən şəxs İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib və 50 manat cərimə edilib.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->