Xəbər lenti

Salyanda şadlıq sarayında oğurluq - Qonaq qonağın telefonunu apardı
Ölkə 17:12 08.08.2025

Salyanda şadlıq sarayında oğurluq - Qonaq qonağın telefonunu apardı

Salyan şəhərində fəaliyyət göstərən "Hayat Palace" şadlıq sarayında oğurluq hadisəsi baş verib. 

Qaynarinfo xəbər verir ki, sözügedən şadlıq sarayında keçirilən toy məclisində iştirak edən qonaqlardan birinin "iPhone 14" markalı telefonu oğurlanıb. 

Salyan polisinin keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən şəxs müəyyən edilib və məlum olub ki, oğurluq edən toya gələn qonaqlardan biridir. Həmin şəxs saxlanılıb və ona Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə ittiham irəli sürülüb.

Cinayət işinə Salyan Rayon Məhkəməsində baxılıb. Müttəhim məhkəmədə verilmiş ittiham üzrə özünü təqsirli bilib. Həmin şəxs qeyd edib ki, içkili olduğundan telefonun özünə məxsus olduğunu zənn edib. Səhər oyananda isə anlayıb ki, başqasının telefonunu götürüb. Adının rayonda oğru kimi hallanacağından ehtiyat edərək telefonu sındıraraq evlərinin yaxınlığındakı kollektora atıb.

O, həmçinin əməlindən peşman olduğunu və dəymiş zərəri ödədiyini bildirib. 

Məhkəmənin hökmü ilə ona 6 müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib. 

Seyid

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->