Zərdab Rayon Məhkəməsində mediator işləmiş şəxs dələduzluq əməlinə görə həbs edilib.
Qaynarinfo xəbər verir ki, Zamiq adlı şəxs qurbanlarına boşanma, xarici universitetlərin diplomlarının Elm və Təhsil Nazirliyi tərəfindən tanınması və iş məsələlərində mamlanması işlərində kömək edəcəyi barədə vəd verib. O, qurbanlarına ümumilikdə 10 000 manatdan çox ziyan vurub.
Şikayət edildikdən sonra Zamiq şübhəli şəxs qismində saxlanılıb. Daha sonra ona Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə ittiham elan edilib və barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib. Cinayət işinin istintaqı Zərdab Rayon Məhkəməsində aparılıb.
Məhkəmə zamanı Zamiq özünü verilmiş ittihamlıa tam təqsirli bilib. Həmçinin o da aydın olub ki, Zamiq 2023-cü ildə öz əzrizəsi ilə mediator vəzifəsindən çıxıb. Onun qurbanlarını rahat şəkildə inandırması rayonda mediator kimi tanınması ilə bağlı olub.
Məhkəmənin hökmü ilə Zamiq 1 il 6 ay müddətə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 3 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib.
Seyid
Şərhlər