Xəbər lenti

Lukaşenko:
Dünya 14:12 08.05.2025

Lukaşenko: "Hakimiyyətdə bir az çox ləngidim, ancaq bir az da səbr edin"

Belarusun rəhbəri Aleksandr Lukaşenko Minskdə Beynəlxalq sərgi mərkəzinin açılışında çıxışı zamanı etiraf edib ki, artıq "bir qədər çox müddətdir hakimiyyətdədir”, lakin xalqdan "bir az da dözməyi” istəyib.

Qaynarinfo xəbər verir ki, bu barədə "Zerkalo” nəşri və dövlət telekanalı News.by məlumat https://t.me/newsby_btrc/162356 yayıb.

"Sizə söz verdiyim kimi – əslində hakimiyyətə yeni nəsil gətirilib. Mən bir az ləngidim, amma dözün. Axı təcrübəli insanlar da olmalıdır. Bizdə belə adamlar var. Amma gənclik gəlib”, deyə Lukaşenko bildirib.

Lukaşenko çıxışında vurğulayıb ki, bu "gənclər” artıq tam da gənc sayılmır:

"Baxarsınız və özünüz nəticə çıxararsınız, bizim gənclik nəyə qadirdir. Yəni gənclik? Yeni nəsil, növbəti nəsil – 50 yaş və yuxarı. Onlar artıq elə də gənc deyillər”, deyə Lukaşenko bildirib.

O, həmçinin əmin olduğunu bildirib ki, qarşısında dayanan insanlar ölkəni qorumaq istəyənlərdir: "Artıq təkcə özləri üçün yox, övladları üçün də”.

Qeyd edək ki, Aleksandr Lukaşenko 70 yaşındadır və 1994-cü ildən bəri Belarusda hakimiyyətdədir. 2025-ci ilin 26 yanvarında Belarusda növbəti dəfə prezident seçkiləri keçirilib və gözlənildiyi kimi, Lukaşenko yeddinci müddətə qalib elan olunub.

Avropa İttifaqının diplomatiya rəhbəri Kaya Kallas həmin seçkiləri "demokratiyaya təhqir” adlandıraraq nəticələri tanımayıb. Litva prezidenti Gitanas Nauseda da Lukaşenkonun legitim prezident olmadığını və bu seçkilərdən sonra da olmayacağını bildirib.

Lukaşenko isə bu tənqidlərə belə cavab verib: "Qərbin bu seçkiləri tanıyıb-tanımaması mənim vecimə deyil”.

Alpər

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->