Xəbər lenti

Vətən müharibəsi şəhidinin atası vəfat edib
Ölkə 11:41 03.08.2025

Vətən müharibəsi şəhidinin atası vəfat edib

Vətən Müharibəsi şəhidi Ceyhun Gözəlzadənin atası vəfat edib.

Oxu.Az-ın məlumatına görə, 49 yaşlı Nazim Gözəlov müalicə aldığı Biləsuvar Rayon Xəstəxanasında dünyasını dəyişib.

Mərhumun xərçəng xəstəliyindən öldüyü bildirilir.

Qeyd edək ki, şəhid Ceyhun Gözəlzadə 25 aprel 2002-ci ildə Biləsuvar rayonunun Bəydili kəndində anadan olub və 2020-ci ildə Vətən müharibəsində iştirak edib. O, Ağdərə rayonu istiqamətində gedən döyüşlərdə şəhid olub.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->