Xəbər lenti

Məşhur qəzetdən Al şirkətinə 14 milyonluq iddia: 120 min məqalə...
Texnologiya 13:39 13.08.2025

Məşhur qəzetdən Al şirkətinə 14 milyonluq iddia: 120 min məqalə...

Yaponiyanın aparıcı mətbu orqanlarından "Yomiuri Shimbun” ABŞ mərkəzli süni intellekt (Al) şirkəti "Perplexity”yə qarşı müəllif hüquqlarının pozulması səbəbindən məhkəmə iddiası qaldırıb. 

Qaynarinfo xəbər verir ki, qəzet şirkəti platformanın istifadəçilərə cavab təqdim etmək məqsədilə məqalə və şəkillərini icazəsiz istifadə etdiyini iddia edir.

"NiemanLab”ın məlumatına görə, "Yomiuri Shimbun” 2025-ci ilin fevral-iyun ayları ərzində "Perplexity”nin təxminən 120 min məqaləsinə giriş etdiyini və onların məzmununu icazəsiz çoxaltdığını bildirib. Şirkət Tokio Rayon Məhkəməsinə müraciət edərək materialların istifadəsinin dərhal dayandırılmasını və 2,1 milyard yen (təxminən 14,2 milyon dollar) məbləğində təzminat ödənilməsini tələb edib.

Vəkillər bunun Yaponiyanın böyük media qurumlarından birinin süni intellektə qarşı açdığı ilk böyük məhkəmə işi olduğunu vurğulayıb. "Yomiuri Shimbun” bəyan edib: "Belə bir bedavacılıq, dürüst jurnalistikanı və demokratiyanın təməl prinsiplərini təhdid edir".

"Perplexity” isə üzr diləyərək hadisənin anlaşılmazlıqdan qaynaqlandığını bildirib və jurnalistlər ilə nəşriyyatların fayda əldə etməsi üçün çalışdıqlarını vurğulayıb.

Bu məhkəmə işi, Yaponiyada süni intellekt texnologiyalarına qarşı açılan nadir böyük iddialardan biri kimi qiymətləndirilir. Beynəlxalq miqyasda da oxşar mübahisələr davam edir - "Dow Jones” və "New York Post” kimi media nəhəngləri də müəllif hüquqlarının pozulması səbəbilə süni intellekt şirkətlərinə qarşı iddia qaldırmışdı.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->