Xəbər lenti

Bakı metrosunda enerjinin verilişində məhdudiyyətlər aradan qaldırıldı (YENİLƏNİB)
Ekonomiks 18:06 03.05.2025

Bakı metrosunda enerjinin verilişində məhdudiyyətlər aradan qaldırıldı (YENİLƏNİB)

Bakı metropoliteninin "Həzi Aslanov" və "Xalqlar dostluğu" stansiyalarına şəhər şəbəkəsindən gələn yüksək gərginlikli xətlərdə elektrik enerjisinin verilməsində məhdudiyyətlər tam aradan qaldırılıb.

Bu barədə Qaynarinfo-ya "Bakı Metropoliteni” QSC-dən məlumat verilib.

Bildirilib ki, bu səbəbdən həmin istiqamətdə metropolitenin dizel-generatorları yenidən ehtiyat rejimə keçirilib.

Məlumata görə, qatarlar arasında interval hərəkət qrafikinə uyğun təmin edilməklə gecikmələr aradan qaldırılıb: "Bakı metropoliteninin stansiyaları normal iş rejimi şəraitində fəaliyyətini davam etdirir”.

15.15
 
Bakı metrosunun "Həzi Aslanov" və "Xalqlar dostluğu" stansiyaları istiqamətindəki şəhər şəbəkəsindən Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (AZCON) tərkibində fəaliyyət göstərən "Bakı Metropoliteni" QSC-yə gələn yüksək gərginlikli elektrik xətləri ilə enejinin verilişində məhdudiyyətlər yaranıb.

Qaynarinfo bu barədə "Bakı Metropoliteni” QSC-yə istinadən xəbər verir.

Bildirilib ki, bu səbəbdən dərhal həmin istiqamətdən elektrik təchizatını təmin edən Bakı metropoliteninin dizel-generatorları qoşulmaqla qatarların hərəkəti təmin edilir.

Qatarların hərəkətində qismən gecikmələr müşahidə olunur. Bakı metropoliteninin stansiyaları fəaliyyətini normal iş rejimi şəraitində davam etdirir.

Sərnişinlərdən yaranmış vəziyyəti anlayışla qarşılamağı, istifadə qaydalarına və təhlükəsizlik tələblərinə əməl etməyi xahiş edirik.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->