Xəbər lenti

KİV: Netanyahu Azərbaycana səfərini təxirə saldı
Siyasət 21:48 03.05.2025

KİV: Netanyahu Azərbaycana səfərini təxirə saldı

İsrailin Baş naziri Benyamin Netanyahu Azərbaycana səfərini təxirə salıb.

Qaynarinfo Report-a istinadən xəbər verir ki, bu barədə Baş nazirin Dəftərxanası məlumat yayıb.

"Qəzza zolağında və Suriyada baş verən hadisələr, eləcə də siyasi tədbirlərin sıx olması və təhlükəsizlik gündəliyi ilə əlaqədar olaraq Netanyahu Azərbaycana səfərini başqa tarixə keçirmək qərarına gəlib. Baş nazir dəvətə görə Prezident İlham Əliyevə təşəkkür edir və iki ölkə arasında mövcud olan isti münasibətləri yüksək qiymətləndirir", - Dəftərxananın məlumatında deyilir.

Qeyd edək ki, səfər 7-11 may tarixlərində nəzərdə tutulmuşdu. 

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->