Xəbər lenti

Texnologiya 11:40 02.08.2025

"Microsoft"da maaşlar nə qədərdir? - 2025-ci ilin yenilənmiş siyahısı

"Google”, "Apple”, "Amazon” və "Microsoft” kimi "Big Tech” adlandırılan texnologiya nəhənglərində çalışmaq bir çox mütəxəssis üçün həm arzulanan, həm də çətin əlçatan karyera məqsədidir. Bu şirkətlər yalnız geniş istifadəçi kütləsinə xidmət edən məhsullar yaratmaqla kifayətlənmirlər, həm də yüksək maaşlar və misli görünməmiş əlavə imkanlar təqdim edirlər.

Qaynarinfo xəbər verir ki, son illərdə texnologiya sahəsindəki ixtisarlar ümumi mənzərəni bir qədər qaranlıqlaşdırsa da, "Microsoft” daxil olmaqla böyük texnologiya şirkətləri digər sektorlara nisbətən hələ də xeyli yüksək əməkhaqqı təqdim edir.

"Business Insider" nəşrinin əldə etdiyi daxili sənədə görə, "Microsoft”da maaş sistemi səviyyələr üzrə qurulub və əməkhaqqı yalnız əsas maaşla məhdudlaşmır. Hər paketə aksiyalar, illik bonuslar və işə qəbul bonusları da daxildir. Aşağıda müxtəlif səviyyələrə görə maaş və müvafiq əlavələr təqdim olunur:

Giriş səviyyəsi: 57–59

Səviyyə 57
* Əsas maaş: 83.000–108.000 $
* Yüksək maaş: 95.800–124.600 $
* Aksiya paketi: 5.000–13.000 $
* İşə qəbul bonusu: 0–9.000 $

Səviyyə 58
* Əsas maaş: 94.100–122.300 $
* Yüksək maaş: 105.900–137.700 $
* Aksiya: 6.000–20.000 $
* İşə qəbul bonusu: 0–18.000 $
* İllik bonus: 0–20%

Səviyyə 59
* Əsas maaş: 101.400–152.000 $
* Yüksək maaş: 109.000–163.600 $
* Aksiya: 15.000–120.000 $
* İşə qəbul bonusu: 0–18.000 $
* İllik bonus: 0–20%

Orta səviyyəli mühəndislər: 60–62
* Maaşlar: 110.000 $ – 215.000 $
* Aksiya: 20.000 $ – 170.000 $
* İşə qəbul bonusu: maksimum 27.000 $
* Bonus: təxminən 20%-ə qədər

Təcrübəli mühəndislər: 63–64
* Əsas maaş: 145.000–234.700 $
* Yüksək maaş: 158.400–258.000 $
* Aksiya: 55.000–270.000 $
* İllik aksiya mükafatı: 64.000–80.000 $
* Bonus: 0–30%

Menecer səviyyəsi: 65–67
* Əsas maaş: 172.800–296.400 $
* Aksiya: 100.000–850.000 $
* İşə qəbul bonusu: 90.000–180.000 $
* İllik bonus: 40%–60%-ə qədər

Yüksək rəhbər və seçilmiş mühəndislər: 68–70

Səviyyə 68
* Əsas maaş: 212.800–319.200 $
* Aksiya: 500.000–1.150.000 $
* İllik aksiya mükafatı: 0–754.000 $
* Bonus: 0–90%

Səviyyə 70
* Əsas maaş: 252.000–378.000 $
* Aksiya: 827.001–1.900.000 $
* İllik aksiya mükafatı: 0–1.476.000 $
* Bonus: 0–90%

Coğrafi fərqlər: San-Fransisko və Vaşinqton

Maaş strukturuna lokasiya da təsir edir. Məsələn, San-Fransiskoda çalışanlar daha yüksək maaş intervalına daxil edilir. Vaşinqtondakı "Microsoft” qərargahında işləyənlər isə əsas maaş aralığında ödəniş alırlar.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->