Xəbər lenti

Rusiya desantçıları Zaporojyedə mövqelərindən qaçır - ATEŞ
Dünya 12:21 02.08.2025

Rusiya desantçıları Zaporojyedə mövqelərindən qaçır - ATEŞ

Hazırda müvəqqəti işğal olunmuş Zaporojye bölgəsində yerləşdirilmiş Rusiya ordusunun 247-ci desant-hücum alayının işğalçıları kütləvi şəkildə hissələrini özbaşına tərk edirlər.

Qaynarinfo xəbər verir ki, ATEŞ partizan hərəkatının məlumatına görə, fərarilik halları ən çox alayın bir batalyonunda qeydə alınır. Əsas səbəb – Xerson, Zaporojye və Krımın müvəqqəti işğal olunmuş ərazilərinin sakinlərinin məcburi səfərbərliyidir.

"Hüquqsuzluq, komandanlığın səriştəsizliyi, raportların qeydə alınmasından imtina, hədələmələr və cəbhədə davamlı itkilər yalnız qaçmaq istəyini gücləndirir”, deyə hərəkat bildirir.

Bəzi hərbçilər hətta yaralandıqdan sonra da fərari siyahısına salınır. ATEŞ qeyd edir ki, onlar lazımi sənədləşmə aparılmadan hospitala aparılır, buna görə də komandirlər onların yoxluğunu qaçış kimi rəsmiləşdirirlər.

Fərarilik təcrübəsi işğalçı ordu üçün yeni deyil. Bundan əvvəl Donetsk vilayətinin Pokrovsk rayonu istiqamətində cəbhədən bütünlükdə bir qrup rusiyalı işğalçı qaçmışdı. Dezertirlər Rusiya Silahlı Qüvvələrinin 1437-ci motoatıcı alayında xidmət ediblər. Söhbət azı səkkiz fəraridən gedir. Sonradan Luqansk vilayətində rus dezertirlər üsyan qaldıraraq komandanı və daha iki tabeçisini güllələmişdilər.

Alpər

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->