Xəbər lenti

Xalq artisti:
Maqazin 11:33 07.08.2025

Xalq artisti: "Tanınmışlar əməliyyatdan sonra yaxşı görünmür"

"Heç vaxt plastik əməliyyat etdirmək sevdasına düşməmişəm".

Bunu Qaynarinfo-ya açıqlamasında Xalq artisti Naibə Allahverdiyeva sosial şəbəkələrdə onun plastik əməliyyat etdirəcəyi ilə bağlı yayılan məlumatlara aydınlıq gətirərkən deyib.

"Tamaşaçılarım və pərəstişkarlarım sosial şəbəkədə paylaşdığım şəkilin altına yazıb ki, "Naibə xanım, sizi həmişə gənc görmək istəyirik. Bizim üçün həmişəki Naibə qalın, qocalmayın, yaşlanmayın. Bəlkə üzgərmə əməliyyatı etdirəsiniz". Mənim nəyimə lazımdır üzgərmə əməliyyatı? İstəmirəm, qorxuram. Düzdür, adam istəyir ki, baxanda özünü qəşəng görsün, ola bilər, bir neçə kosmetoloji prosedur etdirim. Amma plastik əməliyyat mənlik deyil", deyə sənətçi bildirib.

Naibə Allahverdiyeva bildirib ki, plastik əməliyyatların sonradan bəzi fəsadları olur:

"Bu günə kimi tanınmış şəxslərin plastik əməliyyatdan sonra nəticədən razı qaldığını görməmişik. Əksinə, bir çoxunun üzü pis hala düşür, istənilən nəticə alınmır. Ona görə də bu əməliyyatlardan qorxuram".

Xalq artisti yaşına baxmayaraq, üzünün yaxşı göründüyünü də qeyd edib.

Bahar Rüstəmli

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->