"Qarabağ" yeni transferini açıqlayıb.
Klubdan Qaynarinfo-ya verilən məlumata görə, Ağdam təmsilçisi kolumbiyalı vinger Kamilo Duranla anlaşıb.
"Köhllən atlar"la 23 yaşlı oyunçu arasında 3 illik müqavilə imzalanıb. Həm hücumda, həm də yarımmüdafiənin hər iki cinahında çıxış edən cənubi amerikalı "Qarabağ”da 17 nömrəli forma ilə çıxış edəcək.
O, son olaraq Portuqaliyanın "Portimonense” komandasında çıxış edib.
Şərhlər