Qaradağ sakinlərinin üzləşdiyi çətinlik: Abadlıq işləri niyə yarımçıq qalıb? (VİDEO)
Qaradağ rayonunda sakinlər yaşadıqları binanın həyətindəki vəziyyətdən narazılıq edirlər.
Onların sözlərinə görə, əvvəllər abadlıq işləri aparmaq adı ilə söküntü işlərinə başlanılıb. Lakin proses yarımçıq dayandırıldığı üçün hazırda ərazidə vəziyyət ürəkaçan deyil.
"2024-cü ilin mart ayında işlərə başladılar. Oktyabrda fəhlələrin pulunu verə bilmədilər, onlar da işi yarımçıq qoyub getdilər", - sakinlərdən biri bildirib.
"Bir ildir ki, işıq dirəklərini çıxarıblar, amma yenisini quraşdırmırlar", - digər sakin əlavə edib.
DİQQƏT! Qaynarinfo.az-ın açıq materiallarının olduğu kimi surətini çıxarmaq, digər saytlara yerləşdirmək, yaymaq qadağandır. Qanunvericiliyə əsasən açıq materialların yalnız 1/3 hissəsindən istifadə etmək olar. Əks halda məsələ məhkəmə predmeti ola bilər!
Şərhlər