Xəbər lenti

Səhnədə nişanlısından danışarkən kövrəldi (VİDEO)
Video 21:24 25.08.2025

Səhnədə nişanlısından danışarkən kövrəldi (VİDEO)

Nyu Yorkda Mayhem Ball turu çərçivəsində keçirilən konsert zamanı Ledi Qaqa nişanlısı Maykl Polanskidən aldığı dəstəkdən söz açaraq tamaşaçıları duyğulandırıb.

Qaynarinfo "Mirror”a istinadla xəbər verir ki, müğənni doğma şəhərində səhnəyə çıxanda özünü "mübarizə aparmalı” kimi hiss etdiyini etiraf edib. 

"Mən rəfiqəmə dedim ki, görünür, bu konsert üçün mübarizə aparmalı olacağam. O isə cavab verdi: "Bəzən mübarizə aparmaq lazım deyil – sadəcə səhnəyə çıxmaq kifayətdir”. Bu mənim üçün çox önəmli idi”, deyə sənətçi bölüşüb.

Onun sözlərinə görə, konsert ərəfəsində Polanski də ona xüsusi dəstək göstərib: "Sadəcə icazə ver, qoy onlar səni tamamlasınlar”. Bu sözlərdən sonra Qaqa səhnədə "Hair” mahnısını ifa edərkən göz yaşlarını saxlaya bilməyib.


Bu, sənətçinin sevdiyi insana səhnədən səmimi sözlər ünvanlamasının ilk dəfə deyil. Daha əvvəl o, Mayklı "həyatının sevgisi” adlandırmış və gündəlik həyatına gətirdiyi xoşbəxtlik üçün təşəkkür etmişdi. Polanski isə onunla qürur duyduğunu və yaradıcılıq alovunu daim dəstəkləməyə çalışdığını bildirib.

Məlum olduğu kimi, müğənni amerikalı sahibkar və investor Maykl Polanski ilə 2019-cu ildə tanış olub. Cütlük qısa müddətdə münasibətlərini ictimailəşdirib, birlikdə tədbirlərə qatılıb və sosial şəbəkələrdə görünməyə başlayıb.

2024-cü ilin aprelində onlar nişanlandıqlarını açıqlayıblar. Qaqa dəfələrlə Polanskini həyatının dayağı və sevgisi adlandırıb, Polanski isə öz növbəsində onu əsas ilham mənbəyi kimi dəyərləndirib.

Alpər

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->