Xəbər lenti

Ölkə 16:19 07.05.2025

"Spartak Kamil"in yerinə baş həkim təyin edildi (FOTO)

Sumqayıt Narkoloji Dispanserinə yeni baş həkim təyin edilib. 

Qaynarinfo-nun əldə etdiyi məlumata görə, müvafiq əmrlə Cabbarov Vüsal Nail oğlu vu vəzifəyə gətirilib.


Vüsal Cabbarov 

Qeyd edək ki, əslən Qubadlı rayonundan olan həkim narkoloq Vüsal Cabbarov daha əvvəl Sumqayıt şəhər Narkoloji Dispanserində şöbə müdiri vəzifəsində çalışıb. 

Sumqayıt Narkoloji Dispanserinin keçmiş baş həkimi Kamil Əmirxan oğlu Mehdiyev bu ilin yanvar ayında vəfat edib. Mərhum I Qarabağ müharibəsində zabit kimi döyüşüb və "Spartak" ləqəbli ilə tanınıb.

Əhməd

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->