Xəbər lenti

Tacir, Kənanın “Bayatı-Şiraz”ını süni adlandırdı, atası isə...
Sənət 15:53 21.06.2025

Tacir, Kənanın “Bayatı-Şiraz”ını süni adlandırdı, atası isə...

Müğənni Tacir Şahmalıoğlu Əməkdar artist Təyyar Bayramovun oğlu Kənanın ifasını tənqid edib. Sənətçi, Kənan Bayramovun ifasında "Bayatı Şiraz"ı süni adlandırıb:

"Xalq mənim ifama dəyər verir. Mənim "Bayatı şiraz"ım dövlət tərəfindən qorunur. 11 yaşımda oxumuşam, Qızıl Fondda saxlanılır. Onun oxuduğu "bayağı” "Bayatı-Şiraz”dan istifadə edilir, orijinal qalıb kənarda. Mənim əvəzolunmaz "Bayatı şiraz"ımı ört-basdır edir, bayağını qaldırırlar. Amma Təyyar Bayramovun oğlunun oxuduğu, kompüterlə düzəldilən bayağı versiya səsləndirilir. Bu, düzgün deyil”.

Məsələyə Əməkdar artist Təyyar Bayramovun da münasibətini öyrəndik.  Xanəndə Qaynarinfo-ya açıqlamasında Tacir Şahmalıoğlunun ifasının heç vaxt yaddaşlardan silinməyəcəyini vurğulayıb:

"Tacir böyük sənətkardır, mənim də əziz qardaşımdır. O, "Bayatı-Şiraz”ı oxuyub, hamının da yaddaşında onun ifası qalıb. Bundan sonra onu 50-100 nəfər də oxusa, yenə də Tacir Şahmalıoğlunun ifası fərqlidir. Nə xoş halına ki, gənclər, yeniyetmələr onun ifasını təkrarlamaq istəyir. Burada pis heç nə yoxdur. Tacir müəllim tək "Bayatı-Şiraz” deyil, nəyi oxusa ifası möhtəşəmdir”.

Bahar Rüstəmli

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->