Xəbər lenti

Danimarkanın baş nazirinə karton eşşək hədiyyə edildi (FOTO)
Dünya 18:55 21.06.2025

Danimarkanın baş nazirinə karton eşşək hədiyyə edildi (FOTO)

Danimarkanın baş naziri Mette Frederiksenə partiya yoldaşları qeyri-adi - kartondan hazırlanmış eşşək şəklində hədiyyə təqdim ediblər. 

Qaynarinfo xəbər verir ki, bu barədə "Se og Hør" portalı məlumat yayıb.

Hədiyyə Frederiksenə Sosial-demokratlar partiyasına rəhbərlik etməsinin 10 illiyinə həsr olunmuş tədbir zamanı təqdim olunub. Karton eşşəyi o, siyasi karyerasını başa vurduqdan sonra canlı heyvana dəyişə biləcək.

Baş nazirin planına əsasən, vəzifədən getdikdən sonra Baltik dənizində yerləşən Mön adasındakı kənd evinə köçərək təsərrüfatla məşğul olmaq niyyəti var.

Qeyd olunur ki, tədbir Kopenhagendəki Valbi rayonunda yerləşən mehmanxana və restoran işi məktəbində keçirilib. Təxminən 100 nəfərin iştirak etdiyi məclisə siyasətçilər, incəsənət nümayəndələri və sahibkarlar qatılıb.

Frederiksen 2019-cu ilin iyununda, 41 yaşında olarkən Danimarkanın ən gənc baş naziri olub.

Aydın


Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->