Belarusda müxalifətinin lideri Svetlana Tixanovskayanın əri Sergey Tixanovski azadlığa buraxılıb.
Qaynarinfo xəbər verir ki, o, ABŞ prezidenti Donald Trampın xüsusi nümayəndəsi Keyt Kellogun Minskə səfəri nəticəsində azad edilib.
Sergey Tixanovski dərhal Belarusu tərk edib. Onunla yanaşı, daha 14 nəfər azadlığa buraxılıb.
Qeyd edək ki, Sergey Tixanovski 2020-ci il seçkilərindən əvvəl saxlanılıb və 5 il həbsdə yatıb. Məhkəmə onu 18 il azadlıqdan məhrum etmişdi.
Şərhlər