Xəbər lenti

Vüqar Qurbanov bu xəstəxananın direktorunu işdən çıxardı (FOTO)
Ölkə 12:44 27.05.2025

Vüqar Qurbanov bu xəstəxananın direktorunu işdən çıxardı (FOTO)

Zərdab Rayon Mərkəzi Xəstəxanasının direktoru Kamilov Emil Vaqif oğlu işdən çıxarılıb. 

Qaynarinfo-nun məlumatına görə, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İcraçı direktoru Vüqar Qurbanov müvafiq əmr imzalayıb. 

Zərdab Rayon Mərkəzi Xəstəxanasında direktor vəzifəsini Sevinc Məmmədova icra edəcək. 

S.Məmmədova ötən ilin iyun ayında TƏBİB-in icraçı direktoru Vüqar Qurbanovun əmri ilə Zərdab Rayon Mərkəzi Xəstəxanasına yeni baş həkim-direktor müavini təyin olunmuşdu. 

Xatıradaq ki, tibb üzrə fəlsəfə doktoru olan Emil Kamilov 2023-cü ilin noyabr ayında Zərdab Rayon Mərkəzi Xəstəxanasının direktoru təyin edilmişdi və ixtisasca cərrahdır. 

Əhməd

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->