Xəbər lenti

Yeni hərbi prokuror kimdir? - DOSYE
Ölkə 17:14 13.05.2025

Yeni hərbi prokuror kimdir? - DOSYE

Xəbər verdiyimiz ki, Bəhruz Vidadi oğlu Əhmədov Baş prokurorun müavini – Azərbaycanın Hərbi prokuroru təyin edilib. Bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb.

Qaynarinfo xəbər verir ki, Bəhruz Əhmədov 4 iyul 1984-cü ildə Neftçala rayonunda anadan olub. 

Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirib. Son vəzifəsinə qədər Hərbi Prokurorluğun İstintaq İdarəsinin İstintaq idarəsinin rəisi vəzifəsində çalışıb. 

Ədliyyə polkovniki rütbəsi daşıyır. Daha əvvəl Qazax Hərbi Prokuroru və digər bir sıra vəzifələrdə çalışıb. "Vətən uğrunda" medalı ilə təltif edilib.

Qeyd edək ki, 2005-ci ildən Azərbaycanın hərbi prokuroru olan Xanlar Vəliyev aprelin 8-də təqaüdə göndərilib. O, hazırda Konstitusiya Məhkəməsinin hakimidir.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->