Xəbər lenti

ABŞ birdənbirə üzünü niyə Lukaşenkoya çevirir? (ŞƏRH)
Dünya 18:24 18.06.2025

ABŞ birdənbirə üzünü niyə Lukaşenkoya çevirir? (ŞƏRH)

"Vaşinqton Rusiya ilə uzlaşmaq, onun mövqeyində yumşalmaların olmasına nail olmaq üçün Lukaşenkodan istifadə etmək istəyir". 

Bunu Qaynarinfo-ya açıqlamasında siyasi şərhçi Fərhad Məmmədov ABŞ prezidenti Donald Trampın xüsusi nümayəndəsi Keyt Kelloqun Belarusa səfər edərək prezident Aleksandr Lukaşenko ilə görüşəcəyi barədə məlumatı şərh edərkən deyib.

Fərhad Məmmədovun fikrincə, Ağ Ev bu səfərlə Lukaşenkodan məlumat almaq kimi imkandan da yararlanmaq niyyətindədir:


 
"Maraqlı gedişdir. Çünki Lukaşenkonun hər zaman özünəməxsus rolu olub. Lakin 2022-ci ildən sonra bu məsələlərdə Ukrayna tərəfi Lukaşenkonu hər hansısa bir formada qəbul etmir. Digər tərəfdən, ABŞ Rusiya ilə uzlaşmaq, onun mövqeyində müəyyən yumşalmaların olması üçün Lukaşenko ilə danışıqlar aparmaqla da bu istəyinə nail olmağa çalışır. Habelə, Ağ Ev Belarusa gözlənilən bu səfərlə Lukaşenkodan məlumat almaq kimi imkandan da yararlanmaq niyyətindədir".

Qeyd edək ki, ABŞ prezidenti Trampın xüsusi nümayəndəsi Keyt Kelloq Belarusa səfər edərək Aleksandr Lukaşenko ilə görüşə bilər.  Bu barədə "Reuters” dörd diplomatik mənbəyə istinadla məlumat verib.  

Məlumata görə, Kelloq Belarusda Lukaşenko ilə görüşəcək. Hələlik bu görüşlə bağlı rəsmi təsdiq yoxdur. İki mənbənin bildirdiyinə görə, səfərin dəqiq gündəliyi də hələ müəyyənləşməyib. 

Rüfət Sultan

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->