Xəbər lenti

ABŞ
Dünya 16:21 06.05.2025

ABŞ "Google" parçayır: Ədliyyə Nazirliyi şirkətin reklam bizneslərinin satılmasını tələb edir

ABŞ Ədliyyə Nazirliyi "Google "şirkətinə reklam platforması olan AdX və reklamların göstərilməsi üçün istifadə olunan server DFP-ni satmağı təklif edib. Bu addım məhkəmənin "Google"un onlayn reklam bazarında ''qanunsuz dominant mövqedə olduğunu'' tanımasından sonra atılıb.

Qaynarinfo xəbər verir ki, bu barədə "Reuters” agentliyi məlumat yayıb.

Ədliyyə Nazirliyi bildirib ki, təklif edilən tədbirlər – o cümlədən biznesin bir hissəsinin məcburi satışa çıxarılması – "Google"un iddia edilən ''monopoliyasının'' ləğv edilməsi və reklam birjaları və nəşriyyatçılar üçün serverlər bazarında rəqabətin bərpası üçün zəruridir.

"Google" isə cavabında bildirib ki, daha radikal olmayan alternativləri – məsələn, rəqiblərə real vaxt qiymətlərinə çıxış vermək imkanını – dəstəkləyir. Lakin şirkət hesab edir ki, prokurorların şirkəti biznesinin bir hissəsini satmağa məcbur etmək üçün hüquqi əsası yoxdur.

''Ədliyyə Nazirliyinin reklam alətlərimizi məcburi şəkildə satmaqla bağlı əlavə təklifləri məhkəmənin nəticələrindən çox kənara çıxır, hüquqi əsasdan məhrumdur və həm nəşriyyatçılara, həm də reklamçılara zərər verəcək'', – deyə "Google"un tənzimləmə məsələləri üzrə vitse-prezidenti Li-Ən Malqollənd Reuters-ə bildirib.

AdX (Ad Exchange) – nəşriyyatçıların istifadə olunmamış reklam sahələrini real vaxt rejimində satışa çıxardıqları platformadır.
DFP (DoubleClick for Publishers) – vebsaytların rəqəmsal reklamları saxlamaq və idarə etmək üçün istifadə etdikləri serverlərdir.

Bu texnologiyalar birlikdə xəbər saytları və digər onlayn platformalara reklam satışından gəlir əldə etməyə imkan verir.

Qeyd edək ki, keçən il "Google" Avropa İttifaqının antimonopoliya araşdırmasından yayınmaq üçün AdX-i satmağı təklif etmişdi, lakin Avropa nəşriyyatçıları bu addımı kifayət qədər adekvat hesab etməmişdilər.

Alpər

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->