Xəbər lenti

İdman 16:35 05.08.2025

"Qalatasaray" iki futbolçusu üçün 80 milyon avro istədi

"Qalatasaray" komandada saxlamaq istədiyi iki ulduz futbolçu üçün astronomik məbləğdə transfer qiymətləri müəyyənləşdirib. 

Qaynarinfo "Fanatik"ə istinadən xəbər verir ki, komandanın gənc oyunçusu Barış Alper Yılmaz üçün xüsusilə İngiltərə Premyer Liqasından təkliflər gəlməkdə davam edir. Ötən mövsüm də millinin üzvünü heyətinə qatmaq istəyən ada klubları bu yay təkliflərini artırıb. 

Klubdakı mənbələrin məlumatına görə, Barış Alper üçün təklif olunan məbləğlər 25 milyon avro civarındadır. Lakin klub prezidenti Dursun Özbək Barışın komandada qalmasını israrla istəyir. Bu səbəblə gənc oyunçu üçün 40 milyon avro qiymət qoyulub. Barış Alper isə hər nə qədər kluba təzyiq göstərməsə də, İngiltərədən gələn təkliflərə isti yanaşır.

Qabriel Sara ilə bağlı da oxşar vəziyyət yaşanır. Daha əvvəl İngiltərədə çıxış etmiş braziliyalı futbolçuya yenidən ada klublarından maraq göstərilir. "Qalatasaray"ın 18 milyon avroya transfer etdiyi 26 yaşlı yarımmüdafiəçiyə təxminən 25 milyon avro civarında təkliflərin gəldiyi bildirilir. Bu dəfə isə baş məşqçi Okan Buruk Saranın komandadan ayrılmasına qarşı çıxıb. 

Klub rəhbərliyi də "sambaçı"ya maraq göstərən klublara 40 milyon avro tələb irəli sürüb və bu məbləğin ödənəcəyi təqdirdə yarımmüdafiəyə daha keyfiyyətli bir transfer ediləcəyi qərarını verib. Bu fikir Okan Burukla da bölüşülüb.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->