Xəbər lenti

Kəlbəcərdə 39 yaşlı kişi minaya düşdü
Ölkə 22:40 05.08.2025

Kəlbəcərdə 39 yaşlı kişi minaya düşdü

Goranboy sakini Kəlbəcərdə minaya düşüb.

Qaynarinfo APA-ya istinadən xəbər verir ki, hadisə Kəlbəcər rayonu ərazisində qeydə alınıb.

Belə ki, Goranboy rayonunun Qazanbulaq qəsəbə sakini 1986-cı il təvəllüdlü E. Tanrıverdiyev Kəlbəcər rayon ərazisində minaya düşərək xəsarət alıb.

O xəstəxanaya yerləşdirilib. Hal-hazırda vəziyyətinin normal olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->