Xəbər lenti

FED dollarla bağlı qərar verdi
Ekonomiks 23:21 18.06.2025

FED dollarla bağlı qərar verdi

ABŞ-nin Mərkəzi Bankı kimi fəaliyyət göstərən Federal Ehtiyat Sistemi (FED) əsas baza dərəcəsini illik 4,25-4,5% səviyyəsində saxlayıb.

"Report"un məlumatına görə, bu barədə ABŞ tənzimləyicisinin saytında yerləşdirilən məlumatda deyilir

Qeyd edək ki, bu diapazon 2024-cü ilin dekabrından qalır.
"İqtisadi perspektivlə bağlı qeyri-müəyyənlik azalıb, lakin yüksək olaraq qalır", - məlumatda deyilir.

FED-in qərarı bazar gözləntiləri ilə üst-üstə düşüb. CME birjası tərəfindən hesablanan "FedWatch”in məlumatına görə, məzənnənin saxlanma ehtimalı 99,9 % təşkil edib

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->