Xəbər lenti

“Qarabağ”ın futbolçusu Azərbaycanın U-16 millisindən kənarda qaldı
İdman 22:48 18.06.2025

“Qarabağ”ın futbolçusu Azərbaycanın U-16 millisindən kənarda qaldı

16 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının heyətində dəyişiklik edilib.

Qaynarinfo xəbər verir ki, "Qarabağ”ın futbolçusu Tunar Əsgərzadə zədə səbəbindən komandadan kənarda qalıb.
Onun əvəzinə "Neftçi”nin oyunçusu Fəqan Mustafayev düşərgəyə qoşulub.

Qeyd edək ki, U-16 Bakıda baş tutan təlim-məşq toplanışı çərçivəsində iyunun 19-da və 21-də Moldovanın müvafiq yaş qrupundan ibarət komandası ilə iki yoxlama görüşü keçirəcək.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->