Xəbər lenti

Helsinkidə bir il ərzində ölümcül yol qəzası baş verməyib: Sirri nədir?
Dünya 23:42 04.08.2025

Helsinkidə bir il ərzində ölümcül yol qəzası baş verməyib: Sirri nədir?

Finlandiyanın paytaxtı Helsinkidə son bir il ərzində ölümcül yol-nəqliyyat hadisəsi qeydə alınmayıb. Şəhər rəhbərliyi bu nailiyyətin necə əldə olunduğunu və bunun nə qədər vaxt apardığını açıqlayıb. Bu sevindirici xəbəri şəhər bələdiyyəsinin nümayəndələri yayıblar. 

Qaynarinfo xəbər verir ki, "Politico” nəşrinin yazdığına görə, bir ili ölümcül qəzasız başa vurmaq əksər şəhərlər üçün – xüsusilə də Avropa paytaxtları üçün – qeyri-adi bir uğurdur.

Şəhər bələdiyyəsinin nəqliyyat mühəndisi Roni Utriyainen bildirib ki, bu nəticəyə bir çox amillər təsir edib, lakin sürət məhdudiyyəti ən vacib amillərdən biridir.

2021-ci ildən etibarən Helsinkidəki yaşayış məhəllələrinin əksəriyyətində sürət həddi 30 km/saat-a endirilib. Həmin vaxtdan etibarən şəhərdəki ölümcül qəzaların sayı durmadan azalıb. Qaydalara nəzarət məqsədilə 70 yeni radar kamerası quraşdırılıb.

Bundan əlavə, Utriyainen qeyd edib ki, şəhərin bir çox ərazilərində yollar daraldılıb və sürücülərdə vizual diskomfort yaratmaq üçün yol kənarlarına ağaclar əkilib. Bu cür mürəkkəb şəhər landşaftı sürücüləri daha ehtiyatlı davranmağa məcbur edir.

Şəhər həmçinin ictimai nəqliyyat şəbəkəsini genişləndirib. Utriyainen vurğulayıb ki, bu dəyişikliklər avtomobillərdən istifadəni azaltmağa və bununla da ciddi qəza hallarının sayını aşağı salmağa kömək edib.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->