Yumor hissi insan psixikasının vacib tərkib hissələrindən biridir və ümumilikdə bütün insanlar üçün universal sayılır. Lakin yaxşı məlumdur ki, zarafat anlayışı mədəni mühitlə sıx bağlıdır: bir millətə xas olan yumor üslubu dünyanın başqa bölgələrində tam fərqli qəbul edilə bilər.
Qaynarinfo xəbər verir ki, "Timeout” nəşrinin yazdığına görə, bu yaxınlarda keçirilmiş tədqiqat çərçivəsində sosioloqlar 30 müxtəlif ölkədən olan 6000-dən artıq insan arasında sorğu aparıblar. Məqsəd – onların yumor hissini qiymətləndirmək olub.
Tədqiqatın nəticələri gözlənilməz olub: dünyanın ən şən milləti adı ilə çexlər birinci yeri tutublar. Onlar 100 mümkün baldan 72,33 bal toplayaraq ilk sırada qərarlaşıblar. Çexlər, əsasən, özünəironiya və tədqiqat müəlliflərinin "aqressiv yumor” adlandırdığı – yəni "özünü aşağılayan, kəskin ironiyalı və ustalıqla istifadə olunan sarkazmla zəngin” bir üslubda ustalığa sahib olduqlarını sübut ediblər.
Reytinqdə ikinci yeri 71,42 balla portuqaliyalılar tutub. Onlara xas olan "affiliativ yumor” istilik və hazırcavablığın birləşməsi ilə xarakterizə olunur.
Üçüncü pillədə isə 71,18 balla irlandlar qərarlaşıblar.
Dünyanın ən şən 20 milləti belə sıralanır:
1. Çexiya
2. Portuqaliya
3. İrlandiya
4. Belçika
5. Çili
6. Yunanıstan
7. Avstraliya
8. Polşa
9. Danimarka
10. Macarıstan
11. İsveçrə
12. Niderland
13. Fransa
14. Meksika
15. Avstriya
16. Estoniya
18. Kanada
18. Böyük Britaniya
19. Cənubi Afrika
20. Norveç
Samir
Şərhlər