Xəbər lenti

İsrail Cülaninin sarayın yaxınlığına zərbə endirdi və açıq mesaj verdi
Dünya 13:56 02.05.2025

İsrail Cülaninin sarayın yaxınlığına zərbə endirdi və açıq mesaj verdi

İsrail Müdafiə Qüvvələri (IDF) Suriyanın paytaxtı Dəməşqə hava hücumu həyata keçirib. 

Qaynarinfo xəbər verir ki, bu barədə 2 may tarixində IDF-in "Telegram" kanalında məlumat verilib.

"İsrail Müdafiə Ordusunun qırıcıları bu yaxınlarda Suriyanın yeni rəhbəri Əhməd Hüseyn əş-Şəraa sarayına bitişik əraziyə hava zərbələri endirib”, – deyə bəyanatda bildirilir.

İsrailin müdafiə naziri İsrael Kats da bu hücumu X (əvvəlki Twitter) sosial şəbəkəsində şərh edib.

"Baş nazir Benyamin Netanyahunun rəhbərliyi ilə həyata keçirilən bu hücum Suriya rejiminə açıq xəbərdarlıqdır. Əgər Cülani (Əhməd Hüseyn əş-Şəraa həm də Əbu Məhəmməd əl-Cülani kimi tanınır – red.) səhər oyandıqda İsrail Hərbi Hava Qüvvələrinin zərbələrinin nəticələrini görürsə, bu, İsrailin Suriyadakı druz icmasına qarşı mümkün təhlükələrin qarşısını almaqda nə qədər qərarlı olduğunu göstərir”, – deyə nazir bildirib.

Kats əlavə edib ki, Suriyanın yeni rəhbəri Dəməşq ətrafında yaşayan druzları cihadçı üsyançıların hücumlarından qorumalı və həmin icmalara özlərini müdafiə etməyə icazə verməlidir. O, druz icmalarına cihadçı qüvvələrin yeridilməsinin yolverilməz olduğunu vurğulayıb. Nazir deyib ki, İsrail Suriyadakı druzları qorumağa borcludur, çünki İsraildə yaşayan druzların dövlətə sədaqəti və ölkənin təhlükəsizliyinə töhfəsi çox böyükdür.

Druzlar əsasən Livan, İsrail və Suriyada yaşayan dini icmadır.

29 aprel tarixində Reuters agentliyi xəbər vermişdi ki, Dəməşq yaxınlığında yerləşən bir şəhərdə druzlarla sünni silahlılar arasında məzhəb qarşıdurması baş verib. Qarşıdurmada 10-dan çox insan həlak olub. Hadisə sosial mediada yayılan və guya druz icmasından bir nümayəndənin peyğəmbər Məhəmmədi təhqir etdiyi deyilən səs yazısından sonra baş verib. Bu qarşıdurma Suriyada davam edən məzhəb zorakılığının növbəti mərhələsi olub. Suriyada azlıqlar arasında qorxu, keçmiş prezident Bəşər Əsədin dekabrda devrilərək yerinə islamçı üsyançılar tərəfindən idarə olunan yeni hökumətin qurulmasından sonra daha da artıb. Druz icmasının liderləri yeni hökuməti hücumların qarşısını ala bilməməkdə ittiham edib və bildiriblər ki, bundan sonrakı nəticələrə görə məsuliyyəti də məhz bu hökumət daşıyacaq. Elə həmin gün İsrail də bəyan edib ki, Suriyadakı druzları qorumaq üçün müdaxilə etməyə hazırdır.

Alpər

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->