Xəbər lenti

Sevilməsi çətin olan qadınlar: Cazibəni azaldan 5 davranış modeli
Dünya 19:30 03.08.2025

Sevilməsi çətin olan qadınlar: Cazibəni azaldan 5 davranış modeli

Həyatda uğur qazanmaq və sevgi münasibətlərində uğurlu olmaq, çox zaman insanın özünü necə apardığı ilə sıx bağlıdır. Psixoloqlar və həyat kouçları bəzi qadınların müəyyən davranış modelləri səbəbilə başqaları tərəfindən sevilməsinin və qəbul edilməsinin çətinləşdiyini bildirirlər.

Qaynarinfo xəbər verir ki, amerikalı həyat koçu Mitzi Bokmann "YourTango" nəşrində dərc olunan məqaləsində qadınların özlərini dəyərləndirməsinin və davranışlarına dürüst baxış sərgiləməsinin uğurun açarı olduğunu qeyd edir. Onun fikrincə, bəzi davranış tipləri qadınların həm şəxsi münasibətlərdə, həm də peşəkar həyatda qarşısını ala bilər.

Bokmannın müəyyən etdiyi 5 davranış modeli:

1. Nə istədiyini bilməyən qadın

woman who is hard to like by being oblivious

Əgər bir qadın kim olduğunu, nəyə dəyər verdiyini və həyatında nə istədiyini bilmirsə, onun cazibədar və məqsədyönlü görünməsi çətin olur. Özünü dərk etməyən qadın, həyatına istiqamət verməkdə də çətinlik çəkir.

2. Hər şeyi öz üzərinə götürən qadın

woman who is hard to like and hyper-sensitive

Bu davranış tez-tez aşağı özünə dəyər hissi ilə bağlıdır. Belə qadınlar baş verən neqativ hadisələri şəxsi qəbul edir və özlərini günahlandırmağa meylli olurlar. Bu da onların münasibətlərdə emosional yükünü artırır.

3. Dəyişkənliyə açıq olmayan qadın

woman who is hard to like being inflexible

Gündəlik həyatın və münasibətlərin dəyişkən təbiətinə uyğunlaşmaq bacarığı uğurun açarıdır. Dəyişikliklərə müqavimət göstərən qadınlar münasibətlərdə daha çox münaqişə və emosional uzaqlaşma ilə üzləşirlər. Xüsusilə lider mövqedə olan, avtoritar davranışlar sərgiləyən qadınlar bəzən ənənəvi "qayğıkeş və yumşaq qadın” stereotiplərinə uyğun gəlmədikləri üçün daha az cazibədar hesab edilə bilirlər.

4. Zarafat hissindən məhrum qadın

woman who is hard to like and humorless

Həyat çətinliklərlə doludur və bu çətinliklərə yumorla yanaşmaq emosional rahatlıq və münasibətlərdə yaxınlıq yaradır. Qadınların özünə güvənən şəkildə yumordan istifadə etməsi onların sosial əlaqələrini və təsir gücünü artıra bilər. Araşdırmalar göstərir ki, kişilər daha çox aqressiv yumordan istifadə etsələr də, qadınlar daha dostyana və özünü təsdiqləyən üsluba üstünlük verirlər.

5. Motivasiya çatışmazlığı olan qadın

woman who is hard to like and weak

Həyat, karyera və ailədə uğur üçün daxili motivasiya və qətiyyət əsas rol oynayır. Öz hədəflərini müəyyənləşdirən və onlara doğru inadla irəliləyən qadınlar daha güclü və cazibədar görünürlər.

Mitzi Bokmann əlavə edir: "Qadınlar uzun illər ərzində kölgədə qalaraq, öz ‘qadınlıq’ xüsusiyyətlərinin onları yuxarı qalxmaqdan saxladığını düşünüblər. Halbuki məhz bu xüsusiyyətlər – özünüdərketmə, məqsədyönlülük, uyğunlaşma bacarığı, yumor hissi və doğuşdan malik olduğumuz xarakter cizgiləri – bizi bu dünyada istədiyimizə çatdıracaq alətlərdir".

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->