Xəbər lenti

Maaş və təqaüdləri istədiyimiz bankdan ala biləcəyik
Ekonomiks 10:35 02.05.2025

Maaş və təqaüdləri istədiyimiz bankdan ala biləcəyik

Azərbaycan Mərkəzi Bankı (AMB) əməkhaqqı və sosial ödəmə kartları ilə bağlı sərbəst bank seçimi məsələsinə aydınlıq gətirib.

AMB-dən Qaynarinfo-ya bildirilib ki, ödəniş xidmətlərinə əlçatanlığın artırılması istiqamətində davamlı olaraq aidiyyəti dövlət qurumları ilə birlikdə zəruri tədbirlərin icrası həyata keçirilir.

Qeyd edilib ki, hazırda təqaüdçülərə və dövlət büdcəsindən əmək haqqı alan şəxslərə vəsaitlərin alınması üzrə sərbəst bank seçimi imkanının yaradılması məqsədilə hazırda Mərkəzi Bank tərəfindən aidiyyəti dövlət qurumları ilə birlikdə görülməli işlər barədə aktiv müzakirələr aparır.

"Qeyd olunan modelin əsas üstünlüyü təqaüdçülərə və dövlət büdcəsindən əmək haqqı alan şəxslərə onlara xidmət göstərən bankı müstəqil seçmək imkanını təqdim etmək, habelə müştəri bazasının formalaşdırılması üzrə banklar arasında rəqabətliliyin artırılmasına dəstək göstərməkdir" - AMB-dən əlavə edilib.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->