Xəbər lenti

Nazir rəisi təqaüdə göndərdi - Yeni təyinat
Ölkə 11:37 23.04.2025

Nazir rəisi təqaüdə göndərdi - Yeni təyinat

Fövqəladə Hallar Nazirliyi (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin Qobustan Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin rəisi vəzifəsindən azad edilib. 

Qaynarinfo-nun məlumatına görə, bununla bağlı fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov əmr imzalayıb.

Əmrə əsasən, daxili xidmət polkovniki Rəcəbov Rəfail İslam oğlu tutduğu vəzifəsindən azad olunaraq, təqaüdə göndərilib. 

Nazirin digər əmri ilə sözügedən vəzifəyə Elçin Səfərli  Nadir oğlu gətirilib. 

Əhməd


Fotoda Rəfail Rəcəbov 

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->