Xəbər lenti

Putinin Zelenskiylə İstanbulda görüş təklifinə Kremlin reaksiyası
Dünya 18:15 12.05.2025

Putinin Zelenskiylə İstanbulda görüş təklifinə Kremlin reaksiyası

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Ukrayna prezidenti Vladimir Zelenskinin Vladimir Putinlə 15 mayda İstanbulda görüş təklifinə münasibət bildirib. 

Qaynarinfo xəbər verir ki, Rusiya KİV-lərinin yazdığına görə, Peskov Kreml rəhbərinin artıq danışıqların bərpası ilə bağlı öz mövqeyini açıq şəkildə ifadə etdiyini qeyd edib.

"Putin Ukrayna ilə danışıqların ilkin şərtlər olmadan bərpa olunması mövqeyini dəqiq və birmənalı şəkildə ortaya qoyub”, – deyə Peskov bildirib.

O qeyd edib ki, Rusiya müharibənin uzunmüddətli həll yollarını ciddi şəkildə axtarmaq əzmindədir. Eyni zamanda, Peskov Avropa İttifaqının Moskva əleyhinə yeni sanksiyalar tətbiq etməklə hədələməsinə də münasibət bildirib. Əgər Rusiya Ukraynada ən azı 30 günlük atəşkəslə razılaşmasa, yeni sanksiyalar gündəmə gələ bilər.

"Ultimatum dili Rusiya ilə dialoq üçün istifadə edilə bilməz”, – deyə Peskov əlavə edib.

Xatırladaq ki, Ukrayna prezidenti Vladimir Zelenski daha əvvəl Türkiyədə 15 mayda keçiriləcək görüşə razılıq verdiyini açıqlayıb. O, Kremlin rəhbəri Vladimir Putinlə şəxsən görüşməyə hazır olduğunu vurğulayıb.

Alpər

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->