Fernando Musleranın gedişindən sonra qapıçı axtarışında olan "Qalatasaray"ın yeni qolkiperinin kimliyi açıqlanıb.
Qaynarinfo xəbər verir ki, bu iddia ilə jurnalist Alfredo Pedulla çıxış edib.
O, X adlı sosial media hesabında bu barədə yazıb: "Bu gün vacib bir gündür. Türk klubu "Mançester Siti"yə təklifini artırmağa çalışacaq (əvvəlki təklif 7-8 milyon, üstəgəl bonuslar idi). Artıq "Qalatasaray" qapıçı ilə anlaşıb".
Qeyd edək ki, "Mançester Siti" Edersonu 2017-ci ildə "Benfika"dan 40 milyon avroya transfer edib. 31 yaşlı qolkiper 2017-ci ildən çağırıldığı Braziliya millisində 17 oyun keçirib.
Aydın
Şərhlər