Xəbər lenti

Qrossi: Natanzdakı obyektdə radioaktiv çirklənmə baş verib
Dünya 16:34 18.06.2025

Qrossi: Natanzdakı obyektdə radioaktiv çirklənmə baş verib

İranın Natanzdakı atom obyektinin qoruyucu perimetri daxilində radioaktiv fonun bir qədər artdığı qeydə alınıb, lakin bu, əhali və ya ətraf mühit üçün təhlükəli deyil.

"Report”un TASS-a istinadən xəbər verir ki, bu barədə Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) rəhbəri Rafael Qrossi "Bloomberg TV” kanalına müsahibəsində bildirib.

"Natanzda ən çox zərər görmüş obyektin perimetri daxilində kiçik radioaktiv çirklənmə baş verib. Bunun əhaliyə birbaşa ziyanı yoxdur", - o qeyd edib.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->