Xəbər lenti

Rounok koloniyasının taleyi: 435 il əvvəl nə baş verib?
Dünya 21:50 17.05.2025

Rounok koloniyasının taleyi: 435 il əvvəl nə baş verib?

Şimali Amerikada 435 il əvvəl izsiz yoxa çıxmış ingilis Rounok koloniyası əslində yerli hindu tayfası tərəfindən assimilyasiya edilib. Bu nəticəyə britaniyalı arxeoloqlardan ibarət bir qrup, aralarında arxeoloq Mark Houtonun da olduğu araşdırma nəticəsində gəlib. 

Qaynarinfo xəbər verir ki, bu barədə "Daily Mail" məlumat yayıb.

Tarixi mənbələrə görə, Rounok koloniyası ilə bağlı yazılı məlumatlar 1587-ci ildən sonra qeydə alınmayıb. Həmin il Britaniya Şimali Karolinasının qubernatoru Con Uayt bu koloniyanı sərvətli səyyah ser Uolter Ralinin maliyyə dəstəyi ilə eyni adlı adada qurub.

Lakin sərt həyat şəraiti səbəbilə Con Uayt ehtiyat toplamaq üçün İngiltərəyə qayıtmalı olub. Onun qayıdışı isə yalnız üç il sonra - ingilis-ispan müharibəsi səbəbilə baş tutub. Uayt geri döndükdə isə koloniyanı tamamilə boş vəziyyətdə tapıb. Sözləşməyə əsasən, kolonistlər çətinlik halında materikin içinə doğru köç etməli və getdikləri istiqaməti ağac üzərində qeyd etməli idilər.

Uayt yalnız bir yazı tapmışdı - Kroatoan. Bu yazı həmin istiqaməti göstərə bilərdi, lakin kolonistlərdən heç bir iz tapılmayıb.

Britaniyalı arxeoloqların son araşdırmaları isə təsdiqləyir ki, kolonistlər Kroatoan tayfasının yaşadığı digər ada - Xatterasa köç ediblər. Bu iddia XVIII əsrdən bəri elmi müzakirələrdə yer alsa da, indi onu sübut edən arxeoloji dəlillər də üzə çıxıb. Belə ki, həmin ərazidə tapılan və yüksək texnoloji səviyyədə olan dəmirçilik izləri həmin dövrdə yalnız ingilis ustalara məxsus ola bilərdi.

Arxeoloq Mark Houton qeyd edir ki, bu sənətkarlıq nümunələri Şimali Amerikanın yerli hindu tayfalarına xas deyil və bu, kolonistlərin yerli əhali ilə birlikdə yaşayıb onların bir hissəsinə çevrildiyini sübut edir.

Qeyd edək ki, bu günlərdə Rusiya arxeoloqları da İpatyev monastırında eramızdan əvvəl IV minilliyə aid artefaktlar tapıblar.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->