Xəbər lenti

Vüqar Səfərli ilə həbs edilən şirkət rəhbəri azadlığa buraxıldı
Ölkə 12:07 15.05.2025

Vüqar Səfərli ilə həbs edilən şirkət rəhbəri azadlığa buraxıldı

Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) sabiq direktoru Vüqar Səfərli ilə birgə məhkum edilmiş "Portos” MMC-nin direktoru Nadir Məmmədov vaxtından əvvəl azadlığa buraxılıb.

Qaynarinfo-un Qafqazinfo-ya istinadən məlumatınaa görə, yerli məhkəmə məhkumun xəstəliyi ilə bağlı belə qərar qəbul edib.

Qərara əsasən, onun qalan 1 il 2 aylıq həbs cəzası şərti hesab edilib, cəzaçəkmə müəsisəsindən azadlığa budaxılıb.

Qeyd edək ki, Vüqar Səfərli və Nadir Məmmədov 2021-ci ilin yanvarında həbs edilib. Vəzifə cinayətlərində təqsirli bilinən V.Səfərli yekun olaraq 10 il 6 ay, N.Məmmədov 5 il 6 ay azadlıqdan məhrum edilib. Bu iş üzrə yalnız adları çəkilən şəxslər həbslə cəzalandırılıb, digərlərinə şərti cəza verilib.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->