Xəbər lenti

Texnologiya 14:16 11.05.2025

"WhatsApp"dan 15 il sonra ilk

"WhatsApp" tərtibatçıları "Apple" planşetlərinin istifadəçilərinə ilk dəfə olaraq tətbiqə tam giriş təklif edərək, "iPad" üçün mesajlaşma proqramının rəsmi beta-testinə başlayıblar.

Testə qeydiyyat "Reddit" forumunun istifadəçiləri tərəfindən müşahidə edilib.

Qeydiyyat "TestFlight" platforması vasitəsilə təklif edilsə də, hazırda boş yerlər mövcud deyil.

Hazırda "Apple" planşetlərinin istifadəçiləri "WhatsApp"dan veb-versiya formatında istifadə edə bilərlər. Bu formada mesajlaşma proqramı əsas funksiyaları dəstəkləyir: Mesajlaşma, audio və video zənglər. Lakin "iPad" üçün tamfunksiyalı tətbiqin buraxılması yeni imkanlar, həmçinin daha rahat və genişlənmiş funksionallıq təqdim edəcək.

Xatırladaq ki, ilk "iPad" 2010-cu ildə buraxılıb və o vaxtdan bəri bu cihazlar planşetlər kateqoriyasında ən populyar qurğulardan biri olaraq qalır.

Oxu.Az 

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->