Xalq artisti Arif Babayev I Fəxri xiyabanda dəfn olunub.
"Report” xəbər verir ki, əvvəlcə mərhumla Beynəlxalq Muğam Mərkəzində vida mərasimi keçirilib.
Ardınca cənazə dəfn olunmaq üçün Fəxri xiyabana aparılıb.
Dəfn mərasimində mədəniyyət naziri Adil Kərimli, nazir müavinləri, mərhumun sənət yoldaşları, ailə üzvləri, mədəni-ictimai xadimlər iştirak ediblər.
08.54
Xalq artisti Arif Babayev dünyasını dəyişib.
Qaynarinfo xəbər verir ki, bu barədə Oxu.Az-a onun oğlu Yaşar Babayev məlumat verib.
O qeyd edib ki, A.Babayev səhər saat 6-da vəfat edib.
Y.Babayev əlavə edib ki, 87 yaşlı Xalq artisti ürək çatışmazlığından dünyasını dəyişib.
Qeyd edək ki, Arif Babayev 1938-ci il fevralın 20-də Ağdamın Sarıhacılı kəndində anadan olub.
Şərhlər