Xəbər lenti

Dünya 19:10 05.05.2025

"3G Capital" investisiya fondu "Skechers"i 9,4 milyard dollara alır

"3G Capital" investisiya fondu Amerikanın idman ayaqqabıları və geyimləri istehsalçısı "Skechers"i satın alır. 

Qayanrinfo "Reuters"ə istinadən xəbər verir ki, sövdələşmənin ümumi dəyəri 9,4 milyard dollara çatır.

Müqavilənin bu ilin üçüncü rübündə bağlanması planlaşdırılır. Bundan sonra 1999-cu ildə birjaya çıxan "Skechers" yenidən özəl şirkətə çevriləcək.

Müqavilənin şərtlərinə əsasən, "3G Capital" aldığı hər bir "Skechers" səhmi üçün 63 dollar nağd ödəyəcək ki, bu da mayın 2-də, cümə günü bağlanış qiymətindən 28% mükafat deməkdir. Razılaşmanın elanından sonra istehsalçının səhmləri 26% artıb.

"3G Capital" investisiya fonduna braziliyalı milyarder Jorge Paulo Lemann nəzarət edir. Əvvəllər fond "Kraft Heinz", "Burger King" və "Anheuser-Busch InBev" kimi şirkətlərə böyük investisiyalar yatırıb.

"Skechers" gəlirlərinə görə dünyanın üçüncü ən böyük ayaqqabı istehsalçısıdır. Ötən il bu, 8,97 milyard dollar təşkil edib. Aprel ayında ABŞ prezidenti Donald Trampın idxal rüsumlarının tətbiqi ilə əlaqədar şirkət cari il üçün proqnozunu geri götürüb. "Skechers" qeyd edib ki, hazırkı mühit maliyyə nəticələrini planlaşdırmaq üçün çox dinamikdir. Şirkət həmçinin Çində satışlarının azaldığını bildirib. Bugünkü qazanclara baxmayaraq, "Skechers" səhmləri il ərzində 8% azalıb.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->