Xəbər lenti

Əməkdar artistin səhhəti pisləşib, aparata qoşublar
Sənət 18:30 05.05.2025

Əməkdar artistin səhhəti pisləşib, aparata qoşublar

"Vahid Əliyevin səhhəti normal idi, iki gün əvvəl halı dəyişdi. Ürək fəaliyyətini və təzyiqini normala salmaq üçün təkrar aparata qoşdular".

Bunu Teleqraf-a açıqlamasında xəstəxanaya yerləşdirilən 73 yaşlı Əməkdar artist Vahid Əliyevin həyat yoldaşı Tamilla Əliyeva deyib.

"Əslində, həyat yoldaşımı xəstəxanadan evə çıxarmağa getmişdik. Bizə dedilər ki, aparata qoşuldu. Bir neçə gün də gözləməlisiniz", - deyə T.Əliyeva bildirib.

Qeyd edək ki, Vahid Əliyev 2022-ci ilin dekabr ayında infarkt keçirib. 2023-cü ilin yanvar ayında isə açıq ürək əməliyyatı olunub.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->