Xəbər lenti

Aİ-nin 17-ci sanksiya paketi Rusiya iqtisadiyyatına necə təsir göstərəcək?
Dünya 15:47 16.05.2025

Aİ-nin 17-ci sanksiya paketi Rusiya iqtisadiyyatına necə təsir göstərəcək?

"Sanksiyaların 17-ci paketinin tətbiqi Rusiyanın iqtisadi imkanlarını daha da məhdudlaşdıracaq və bu fonda şimal ölkəsində sosial vəziyyətin ağırlaşması da qaçılmaz olacaq".

Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Taleh Əliyev Moskvaya qarşı Avropa İttifaqının növbəti, 17-ci sanksiyalar paketinin Rusiya iqtisadiyyatına göstərəcəyi təsirdən danışarkən deyib.

Taleh Əliyev bildirib ki, Avropa İttifaqı, ABŞ və ayrı-ayrı digər dövlətlər tərəfindən Rusiyaya tətbiq olunan sanksiyaların bu ölkə iqtisadiyyatı üçün ölümcül nəticələrinin olduğunu statistik məlumatlardan da görə bilərik:



"Xüsusən də Rusiyanın Avropa banklarında olan kapitalının dondurulması, onun strateji məhsullarının "köhnə qitə" bazarlarına daxil ola bilməməsi,  texnoloji məhsullardan məhrum olması bu ölkə üçün kifayət qədər ciddi problemlər yaradıb".

Ekspertin fikrincə, məhz bu problemin nəticəsidir ki, daha çox silah sənayesi ilə tanınan bu ölkə hazırda İran, Şimali Koreya kimi ölkələrdən silah idxal etmək məcburiyyətində qalıb:

"Bu əsasda Moskvaya növbəti, 17-ci sanksiyanın tətbiqi Rusiyanın iqtisadi imkanlarını daha da məhdudlaşdıracaq və bu fonda şimal ölkəsində sosial vəziyyətin ağırlaşması qaçılmaz olacaq".

Qeyd edək ki, Almaniya kansleri Fridrix Merts Rusiyaya qarşı növbəti - 17-ci sanksiyalar paketinin Avropa İttifaqı Şurasının 20 mayda Brüsseldə keçiriləcək iclasında təsdiqlənə biləcəyinin anonsunu verib. Merzs həmçinin Rusiyaya qarşı yeni sanksiyalar paketinin hazır olduğunu təsdiqləyib: "Yeni sanksiyalar paketi hazırdır. Biz bu məsələni çərşənbə axşamı Brüsseldə həll edəcəyik".

Rüfət Sultan

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->