Xəbər lenti

Azərbaycanın FIFA referisi Almaniya - İtaliya oyununa təyinat aldı
İdman 18:58 20.06.2025

Azərbaycanın FIFA referisi Almaniya - İtaliya oyununa təyinat aldı

Azərbaycanın FIFA referisi Elçin Məsiyev növbəti dəfə təyinat alıb.
Qaynarinfo xəbər verir ki, o, Slovakiyada təşkil edilən 21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının 1/4 final mərhələsində keçiriləcək Almaniya - İtaliya oyununda dördüncü hakim funksiyasını yerinə yetirəcək. Qarşılaşmanın baş hakimi isə litvalı Manfredas Lukyançukas olacaq.

İyunun 22-də keçiriləcək görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Qeyd edək ki, Elçin Məsiyev daha əvvəl Avropa çempionatında Çexiya - İngiltərə (1:3) və Gürcüstan - Portuqaliya (0:4) matçlarını idarə edib.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->