Xəbər lenti

Ermənistanın baş naziri İstanbulda Göy Məscidi ziyarət etdi (VİDEO)
Video 19:48 20.06.2025

Ermənistanın baş naziri İstanbulda Göy Məscidi ziyarət etdi (VİDEO)

Ermənistanın baş naziri Nikol Paşinyan İstanbuldakı Göy Məscidi (Sultan Əhməd Məscidi) ziyarət edib.

Qaynarinfo xəbər verir ki, bu barədə o, sosial şəbəkə hesablarında paylaşım edib.

"İstanbuldakı Göy Məscidi ziyarət etdim”, - o yazıb.

Qeyd edək ki, bu gün Ermənistanın baş naziri Nikol Paşinyan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə bu ölkəyə ilk işgüzar səfərə gedib.

Paşinyanı səfərdə XİN rəhbəri Ararat Mirzoyan, XİN rəhbərinin müavini Vahan Kostanyan, parlamentin vitse-spikeri, Türkiyə ilə münasibətlərin normallaşması prosesində Ermənistanın xüsusi nümayəndəsi Ruben Rubinyan müşayiət edir.

Məlumata əsasən, bu gün İstanbulda Nikol Paşinyanla Rəcəb Tayyib Ərdoğan arasında görüş planlaşdırılır.



Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->