Argentina millisinin və "İnter Mayami"nin hücumçusu Lionel Messi Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunun portuqaliyalı hücumçusu Kriştiano Ronaldoya hörmət etdiyini və ona heyran olduğunu bildirib.
Qaynarinfo bu barədə "Goal" məlumat yayıb.
"Onunla rəqabət meydanda idi. Hər birimiz komandamız üçün mümkün olan hər şeyi etmək istəyirdik. Hər şey meydanda qaldı. Meydandan kənarda biz iki adi adamıq. Birlikdə vaxt keçirmədiyimiz üçün dost deyilik, amma həmişə bir-birimizə böyük hörmətlə yanaşmışıq", deyə o qeyd edib.
Ronaldo beşqat "Qızıl top"un, beş dəfə Çempionlar Liqasının qalibi, həmçinin Portuqaliya millisinin heyətində Avropa çempionudur. Ronaldo milli komandanın heyətində ən çox qol vuran oyunçu kimi dünya rekorduna sahibdir: hazırda onun Portuqaliya yığmasında 137 qolu var.
Messi "Barselona" yeddi dəfə "Qızıl top"un ilə dörd dəfə Çempionlar Liqasının qalibi olub, 2022-ci ildə Argentina millisi ilə Dünya Kubokunun qalibi olub və Messi iki dəfə Amerika Kubokunun qalibi olub.
Aydın
Şərhlər