Xəbər lenti

Tale Heydərov klub üçün 3 milyon manat büdcə ayırdı
İdman 18:00 20.06.2025

Tale Heydərov klub üçün 3 milyon manat büdcə ayırdı

Fövqəladə hallar naziri Kəmaləddin Heydərovun oğlu Tale Heydərov "Qəbələ"yə yeni büdcə ayırıb.

Qaynarinfo sportinfo.az-a istinadən xəbər verir ki, o, birillik fasilədən sonra Premyer Liqaya dönən kluba 3 milyon manata yaxın vəsait verib.

I Liqanın çempionu kimi elitaya qayıdan "qırmızı-qaralar" göstərilən məbləği əsasən akademiyanın və bazanın saxlanılmasına sərf edəcək.

Fəxri prezidentin ayırdığı büdcənin yalnız 1 milyonu əsas komandaya çatacaq, qalanı isə qeyd olunan istiqamətlər üzrə xərclənəcək.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->