Abşeronda xalasının evinə qonaq gedən şəxs ev sahibinin telefonunu oğurlayıb.
Qaynarinfo xəbər verir ki, Məhəmməd adlı həmin şəxs qonaq getdiyi evdə gecələyib. Səhər ev sahibinin başının qarışıq olmasından istifadə edərək masanın üzərindəki "Samsung S24 Ultra" markalı telefonunu oğurlayıb. Telefonu satan Məhəmməd pulu şəxsi ehtiyaclarına xərcləyib.
Qarşı tərəf hüquq-mühafizə orqanlarına müraciət edib. Məhəmməd saxlanılıb və ona Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə ittiham irəli sürülüb. Həmçinin məhkəmənin qərarı ilə barəsində həbs-qətimkan tədbiri seçilib.
Cinayət işinin məhkəmə istintaqı Abşeron Rayon Məhkəməsində aparılıb. Məhəmməd məhkəmə zamanı özünü verilmiş ittiham üzrə təqsirli bilib. O, həmçinin qeyd edib ki, xalasına dəymiş ziyan ödənilib. Bu baxımdan, məhkəmədə ona yüngül cəza təyin edilməsini xahiş edib.
Məhkəmə Məhəmmədin əməlini 177.1-ci maddəyə tövsif edib və ona 1 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib. Onun məhkəməyədək həbsdə saxlanıldığı 2 gün müddət 1 günə 2 gün hesablanmaq verilən cəzadan çıxılıb və üzərində qəti olaraq 1 il 5 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılıb.
Seyid
Şərhlər